2025-ci ildə xarici ölkələrə səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının sayı əhəmiyyətli dərəcədə artıb.

Heftelik.az-ın Təhlil.az-a istinadən verdiyi məlumata görə,  bu barədə Media Təhlil Mərkəzinin (MTM) apardığı sorğunun nəticələrində qeyd olunur.

Sorğu nəticələrinə əsasən, ötən il respondentlərin 56%-i yaxın zamanda xaricə səfər etməyi düşünürdüsə, bu il həmin göstərici 76%-ə yüksəlib. Sorğuda iştirak edənlərin 12%-i bu barədə konkret fikir bildirməsə də, eyni sayda respondent xaricə getmək planının olmadığını vurğulayıb.

Qeyd edək ki, cari ilin mart ayında keçirilmiş sorğuda ümumilikdə 1351 nəfər iştirak edib. Onların 45%-ni qadınlar, 55%-ni isə kişilər təşkil edib.