Abşeronda 35 yaşlı kişi boğazı kəsilərək qətlə yetirilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Xırdalanda qeydə alınıb.

1990-cı il təvəllüdlü Heybət Mahir oğlu Quliyev boğazı kəsilərək qətlə yetilib.

Meyit aidiyyatı üzrə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, hadisənin mayın 16-da saat 22 radələrində baş verməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü İ.Novruzov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.