Bu gün Ədalət Partiyasının qurultayı keçirilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Mütəllim Rəhimli partiyanın yeni sədri seçilib.

Qurultayda partiyanın rəhbər strukturları yenidən formalaşdırılıb.

Qeyd edək ki, bu il fevralın 17-də Ədalət Partiyasının sədri İlyas İsmayılov 87 yaşında vəfat edib.