Avstriya 69-cu “Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi olub.

Heftelik.az-ın məlumatına görə, İsveçrədəki “Arena Plus” mərkəzində keçirilən yarışda ölkə təmsilçisi “Wasted Love” mahnısını səsləndirib.

Avstriyanı təmsil edən JJ (Yohannes Piç) “Wasted Love” adlı mahnısı ilə 436 xal toplayıb və yarışmanın qalibi olub.

İsrail 357 xalla ikinci, Estoniya isə 356 xalla üçüncü yeri tutub.
Azərbaycan finalda İsrail təmsilçisinə səs verib.
Xatırladaq ki, mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 13-də, ikinci yarımfinalı isə 15-də keçirilib.
Bu il ölkəmizi yarışmada “Mamagama” qrupu “Run with you” mahnısı ilə təmsil edib. Qrup mayın 13-də baş tutan ilk yarımfinal mərhələsində finala adlaya bilməyib.