Samux rayonunda yaşlı qadını iribuynuzlu heyvan vurub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Lək kəndində qeydə alınıb. 1955-cı il təvəllüdlü D.İsrəfilovanı həyətində saxladığı iribuynuzlu heyvan qəfildən vurub.
Qadın dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.