Sektorlar üzrə strateji planların tərtibi üçün istifadə edilən əsas anlayışlar rəsmi olaraq müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”da əksini tapıb.
Strateji istiqamətlər – milli prioritetlərlə uyğun sektor inkişafı üçün əsas xəttdir. Strateji məqsədlər bu istiqamətləri reallaşdırmağa xidmət edən əsas məqsədləri əhatə edir. Strateji hədəflər isə proqramlar səviyyəsində ölçülə bilən konkret nəticələrlə ifadə olunur. Resurs anlayışı həm maddi, həm də qeyri-maddi aktivləri əhatə edir. Proqram büdcə isə tədbirlərin və altproqramların büdcə təsnifatına əsasən bölgüsüdür. Monitorinq – əldə edilən nəticələrin icra müddətində qiymətləndirilmə prosesidir. Digər anlayışlar isə OMXÇ üzrə qaydalar və normativ aktlarda göstərildiyi kimi tətbiq olunur.