Cari il ərzində strateji sənədlərdə və ya normativ aktlarda dəyişiklik olarsa, bu sektor strategiyasına da təsir edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”da əksini tapıb.
Belə hallarda aparıcı qurum strategiyanı yenidən gözdən keçirir. Yeni vəziyyətə uyğun olaraq proqram və altproqramlar üzrə hədəflər də yenilənir. Həmçinin bu dəyişikliklər sektorda fəaliyyət göstərən təşkilatlara bildirilir. Dəyişikliklər həm də qurumun saytında yayımlana bilər. Bu mexanizm strategiyaların dəyişən şəraitə uyğun çevik olmasını təmin edir. Dəyişiklərə İqtisadiyyat Nazirliyinin tövsiyələri də nəzərə alınaraq qərar verilir. Beləliklə, strateji planlaşdırma çevik və aktual olur.