Xüsusi uçuş icazəsi aidiyyəti uçuşa yararlılıq tələblərinin tam yerinə yetirilmədiyi hallarda da təqdim oluna bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki hava gəmilərinə sertifikatların verilməsi, növ dizaynında dəyişiklik və ya onların təmiri, onların uçuşa yararlılıq və ətraf mühitin mühafizəsi üzrə tələblərin müəyyən olunması Qaydaları”nda əksini tapıb.
Lakin bu yalnız təhlükəsizlik şərtləri təmin olunarsa mümkün olacaq. Test uçuşları, texniki bazalara köçürülmə və ixrac məqsədli uçuşlar üçün tətbiq edilə bilər. İcazə yalnız istisna vəziyyətlərdə və əsaslandırılmış səbəblərlə alınmalıdır. Kommersiya daşıması üçün bu icazədən istifadə qadağandır. Hava gəmisinin istismarçısı bu icazə əsasında istismar zamanı bütün şərtlərin yerinə yetirilməsinə cavabdehdir. İcazə müddətli olur və təyin olunmuş şərtlərə əməl edilməlidir. Bu icazə ilə uçuş həyata keçirən şəxslər qabaqcadan məlumatlandırılmalıdır. Hər hansı dəyişiklik baş verdikdə, icazə yenidən rəsmiləşdirilməlidir. İcazənin dublikatı yalnız müəyyən əsaslarla və Agentlik tərəfindən təqdim olunur.