Xidməti yaşayış sahələri dövlət qulluğunda olan, seçilmiş və ya təyin olunmuş şəxslərə təqdim olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.
Bu mənzillər əmək münasibətlərinin xarakterinə görə müvəqqəti istifadə üçün verilir. Verilmə halları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Hərbi qulluqçular və hüquq-mühafizə işçiləri də bu hüquqdan yararlana bilər.