Strateji planların ilkin mərhələsində sektorun inkişafını istiqamətləndirəcək siyasət hazırlanacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”da əksini tapıb.
Bu siyasət qısa, orta və uzunmüddətli hədəfləri birləşdirir. Prezidentin təsdiqlədiyi sənədlər və OMBÇ əsas götürüləcək. Hazırlanan bəyanatda proqramların istiqaməti və gözlənilən nəticələr əks olunacaq. Eyni zamanda sektorda iştirak edən qurumlara tövsiyələr veriləcək. Bu sənəd sektorun gələcək inkişaf xəritəsini müəyyən edəcək. Strateji siyasət ayrıca struktura əsasən hazırlanacaq. Burada “Strateji təhlil”, “Risk təhlili” və “Proqram və tədbirlər” bölmələri əsas yer tutacaq.
