İcra hesabatı və monitorinq nəticələri Təlimatın 10.7-ci və 10.27-ci bəndlərinə əsasən təqdim edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”da əksini tapıb.
Bu hesabatlar tədbirlərin icra vəziyyətini və strateji hədəflərə nail olunma səviyyələrini əks etdirir. Hesabatların hazırlanmasında ötən ilin faktiki göstəriciləri və cari il üzrə icra vəziyyəti də nəzərə alınır. Maliyyə Nazirliyi tərəfindən təqdim olunan təklif və tövsiyələr hesabatlarda əks olunur. Bu təkliflər sektorda fəaliyyət göstərən təşkilatların büdcə planlarına dəyişikliklər etmələrinə səbəb ola bilər. Təkliflər və düzəlişlər, sektorda fəaliyyət göstərən təşkilatlarla razılaşdırılır. Monitorinq nəticələri, büdcə planlarının təkmilləşdirilməsi və strateji hədəflərin yerinə yetirilməsini təmin edir. Bu nəticələr həm də büdcə parametrlərinə düzəlişlər edilməsinə səbəb olur.