Yaşayış sahəsindən çıxarılan vətəndaşlara veriləcək yeni mənzil əvvəlki mənzillə eyni və ya daha yaxşı şəraitdə olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.
Yeni mənzil həmin yaşayış məntəqəsində yerləşməlidir. Ümumi sahə az olmamalı və normativ tələblərə cavab verməlidir. Bu qayda 85–87-ci maddələrə əsasən tətbiq olunur.