Eyni vaxtda gediş üçün işçilərin sayı müəyyən edilmiş limitlərə uyğun olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

“TD-5” markalı drezində 6 nəfərdən, yüklənməmiş qoşquda 10 nəfərdən çox olmamalıdır. Yüklənmiş qoşquda isə yalnız bir nəfər tormozlama üçün məsul şəxs olmalıdır. Qoşquda işçilərin daşınması üçün rəhbərlik yol bölməsinin briqadirindən aşağı olmamalıdır. Qoşqularda tormozlama üçün məsul şəxs təyin edilməli və hərəkətə başlamazdan əvvəl yoxlama aparılmalıdır. Bütün əməliyyatlar, rəhbərlik və təhlükəsizlik tələblərinə uyğun olaraq yerinə yetirilməlidir.