Drezinlərin hərəkəti, qatar dispetçerinin əmrinə əsasən, mənzilin bağlanması ilə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Tunellərdə, böyük körpülərdə və mürəkkəb dəmir yolu planı olan mənzillərdə drezinlərin hərəkəti, infrastruktur sahibi tərəfindən müəyyən edilir. Drezinlərin hərəkətinin qatarların cədvəlini pozmaması vacibdir. Hərəkət zamanı dəmir yolunun keçid növbətçiləri məlumatlandırılmalıdır. Drezinlərin hərəkətinə yol vermək üçün sərəncamında drezin olan işçilərin sifarişi tələb olunur. Drezinin sürücüsünə hərəkətə icazə verən DU-64 blankı təqdim edilir.