Nəticə göstəriciləriaktuallıq, faydalılıq, məqsəd və hədəfə yönümlülük, ölçülə bilənlik, uyğunluq və müqayisəlilik meyarlarınaa əsaslanaraq müəyyənləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”da əksini tapıb.

Aktuallıq nəticə göstəricisinin mövcud vəziyyəti əks etdirməsini təmin edir. Faydalılıq göstəricisi tədbirdən əldə olunan əsaslı məlumatları təqdim etməlidir. Məqsəd və hədəfə yönümlülük isə nəticə göstəricisinin tədbirin məqsəd və hədəfləri ilə əlaqəli olmasını təmin edir. Ölçülə bilənlik, tədbirin nəticələrini ölçməyə imkan verir. Uyğunluq, nəticə göstəricisinin gözlənilən nəticələrlə uyğun olmasını nəzərdə tutur. Müqayisəlilik isə müxtəlif dövrlərdə əldə olunan nəticələrin müqayisəsini təmin edir. Bu meyarlar nəticə göstəricilərinin keyfiyyətini artırır.