PUAS əməliyyatlarının təhlükəsiz keçirilməsi və qaydalara uyğunluq istismarçının birbaşa vəzifəsidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları”nda əksini tapıb.
Əgər əməliyyat nəticəsində aviasiya hadisəsi və ya insident baş verərsə, bu barədə üç iş günü ərzində aidiyyəti komissiyaya məlumat verilməlidir. Komissiya istintaq prosesini qanunvericiliyə uyğun şəkildə həyata keçirir. Hər bir PUAS əməliyyatı üçün iştirakçılar istismarçı tərəfindən təyin edilməlidir. İştirakçılar qaydalara uyğun fəaliyyət göstərməlidir. PUAS-ın texniki xidməti istehsalçı təlimatına əsasən istismarçı tərəfindən təmin olunmalıdır. Əməliyyat zamanı bütün iştirakçılar sağlamlıq və ayıqlıq vəziyyətində olmalıdırlar. Spirtli içki, narkotik və ya yorğunluq səbəbi ilə əməliyyatda iştirak etmək qadağandır. Əməliyyat icazəsi və istismarçının göstərişlərinə əməl olunması vacibdir. İştirakçılar qaydalara uyğunluğu daimi təmin etməlidirlər.