Səs-küy çirklənmələri normalarına uyğunluq üzrə sertifikatın bir neçə halda qüvvədən düşməsi mümkündür.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki hava gəmilərinə sertifikatların verilməsi, növ dizaynında dəyişiklik və ya onların təmiri, onların uçuşa yararlılıq və ətraf mühitin mühafizəsi üzrə tələblərin müəyyən olunması Qaydaları”nda əksini tapıb.
Təşkilat ləğv edildikdə və ya Agentlik tərəfindən sertifikat ləğv edildikdə bu sertifikat qüvvədən düşər. Hava gəmisinin Azərbaycan Respublikasının dövlət qeydiyyatından çıxarılması da sertifikatın qüvvədən düşməsinə səbəb olur. Sertifikatın qüvvəsiz olması, aidiyyəti növ sertifikatının ləğvi ilə əlaqəli ola bilər. Əgər hava gəmisinin dizaynı müvafiq deyilse, sertifikat etibarsız sayılacaq. Konvensiyanın 16 nömrəli Əlavəsinə uyğun olmayan səs-küy çirklənmələri normaları da sertifikatın ləğvinə gətirib çıxara bilər. Sertifikatın məlumatlarında dəyişiklik baş verərsə, həmin sertifikat da etibarsız olacaq. Sertifikatın qüvvədən düşməsi halları 7.9.3-7.9.7-ci bəndlərində qeyd olunub. Ləğv edilən sertifikatın əsli Agentliyə 3 gün ərzində qaytarılmalıdır. Sertifikatın ləğv edilməsi üçün əsaslar arasında təşkilatın müraciəti də vardır.