Sektor daxilində baş verən siyasət dəyişiklikləri yeni tədbirlərin icrasını zəruri edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”da əksini tapıb.

Bu tədbirlər növbəti illərin büdcə sifarişlərinə uyğunlaşdırılmalıdır. Davamlı və ya tək büdcə ilində icrası nəzərdə tutulan tədbirlər əsaslandırılmalıdır. Təklif olunan tədbirlərin müddəti və nəticələri nəzərə alınmalıdır. Bütün bu tədbirlər YST-lərə dair xərclərə daxil edilir. Hədəflər və nəticələr büdcə planında əks olunmalıdır. Tələb olunan resurslar dəqiq hesablanmalıdır. Maliyyələşmə prioritetləşdirilməklə təqdim edilməlidir.