Təşkilatlar Agentliyə xüsusi uçuş icazəsi üçün müraciət edərkən geniş məlumat və sənədlər təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki hava gəmilərinə sertifikatların verilməsi, növ dizaynında dəyişiklik və ya onların təmiri, onların uçuşa yararlılıq və ətraf mühitin mühafizəsi üzrə tələblərin müəyyən olunması Qaydaları”nda əksini tapıb.
Ərizədə hüquqi şəxs məlumatları, hava gəmisinin texniki göstəriciləri və uyğunluq pozuntularına dair izahatlar olmalıdır. Uçuşun məqsədi, tarixi, marşrutu və göyərtədə olacaq şəxslərin siyahısı göstərilməlidir. İcazə müddəti konkret şəkildə qeyd olunmalıdır. Hava gəmisinin texniki vəziyyəti və digər təsdiqedici sənədlər də təqdim edilməlidir. Ehtiyac olduqda növ sertifikatı sahiblərinin rəyi və dizayn dövlətindən alınmış təsdiqlər tələb oluna bilər. Dövlət rüsumları və xidmət haqları qanunvericiliyə əsasən ödənilməlidir. Bütün məlumatlar tam və düzgün təqdim edilməlidir. Çatışmazlıq olarsa, ərizəçiyə düzəliş üçün vaxt verilir. Sənədlər tam olduqda Agentlik 15 gün ərzində qərar verir.