Sutkanın qaranlıq vaxtında, duman, qar, külək və leysan yağışları zamanı, temperatur 5°C-dən aşağı olduqda drezinlərin hərəkəti qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Drezinlər hərəkət edərkən siqnal verməlidir. Siqnalı olmayan drezini dəmir yoluna qoymaq qadağandır. Dispetçer mərkəzləşməsi olan sahələrdə drezinlərin hərəkəti, infrastruktur sahibi tərəfindən müəyyən edilən tələblərə uyğun olmalıdır. Hərəkət təhlükəsizliyini təmin etmək üçün müşayiətçi işçilər müəyyən edilmiş sayda olmalıdır. Drezinlərin hərəkətinə nəzarət edən şəxslərin vəzifələri və məsuliyyətləri aydın şəkildə müəyyən edilir.
