Manevr fondunda olan mənzillər əsaslı təmir və ya yenidənqurma zamanı vətəndaşlara müvəqqəti olaraq təqdim edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.
Həmçinin ipoteka nəticəsində yeganə yaşayış sahəsini itirən şəxslər də bu fondan yararlana bilər. Fövqəladə hallar zamanı evsiz qalanlar üçün də bu imkan nəzərdə tutulur. Qanunla müəyyən edilmiş digər hallarda da bu fond tətbiq edilir.
