Nəticə göstəriciləri müxtəlif kateqoriyalara ayrılır: sərf edilən resurs göstəriciləri, kəmiyyət göstəriciləri, məhsuldarlıq göstəriciləri, keyfiyyət göstəriciləri, effektivlik göstəriciləri və səmərəlilik göstəriciləri.

Heftelik.az-ın məlumatına görə, bu, “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”da əksini tapıb.

Sərf edilən resurs göstəriciləri tədbirin icrası üçün tələb olunan resursların miqdarını təsvir edir. Kəmiyyət göstəriciləri tədbirin icrasından gözlənilən və ya əldə olunacaq nəticələrin sayını və miqdarını göstərir. Məhsuldarlıq göstəriciləri isə sərf edilən resurslara nisbətdə əldə edilən nəticələri ölçür. Keyfiyyət göstəriciləri tədbirlərin nəticələrinin hədəf qruplarının maraqlarına uyğunluğunu qiymətləndirir. Effektivlik göstəriciləri, tədbirin strateji məqsədlərə nail olub-olmamasını əks etdirir. Səmərəlilik göstəriciləri isə sərf olunan resurslardan maksimum faydanın əldə edilməsi ilə əlaqəlidir. Bu qruplaşdırmalar tədbirlərin qiymətləndirilməsini asanlaşdırır.