Yoxlama zamanı nöqsanlar aşkar edilərsə, istismarçı plan təqdim etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları”nda əksini tapıb.

Plan nöqsanların səbəbini və aradan qaldırılma müddətini əhatə etməlidir. Bu plan 15 iş günü ərzində verilməlidir. Təqdim olunmazsa, müraciət baxılmamış sayılır. Plan 10 gün ərzində Agentlik tərəfindən qiymətləndirilir. Əgər tədbirlər yetərli deyilsə, plan qəbul edilmir. İstismarçı plana düzəliş edib yenidən təqdim etməlidir. Qəbul edilmiş plan 3 ay ərzində icra olunmalıdır. Sübutedici sənədlərlə icra təsdiqlənir.