Pilotlar əməliyyata başlamazdan əvvəl coğrafi zonalar üzrə məhdudiyyətləri öyrənməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları”nda əksini tapıb.
PUAS-ın texniki vəziyyəti istehsalçı tələblərinə uyğun olmalıdır. Əməliyyat ərazisinin təhlükəsizliyini təmin etmək də pilotun məsuliyyətidir. Pilotlar icazə üçün mərkəzə müraciət etməlidirlər. Əməliyyat zamanı təhlükəsizlik və əlaqə saxlanmalıdır. Pilot təlimatlara və icazəyə tam şəkildə riayət etməlidir. Digər hava gəmiləri və canlılar üçün risk yaranarsa əməliyyat dayandırılmalıdır. Coğrafi məhdudiyyətlərə və mərkəz göstərişlərinə tam əməl edilməlidir. Şəxsi və dövlət sirri olan məlumatların qorunması da nəzərə alınmalıdır. Pilotun üzərində şəxsiyyət vəsiqəsi və digər sənədlər olmalıdır.