Strateji məqsəd və hədəflərin müəyyən olunması üçün geniş təhlil aparılacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”da əksini tapıb.
Bu təhlillər sektorun hazırkı vəziyyətini və gələcək riskləri qiymətləndirməyə imkan verəcək. Sektor üzrə aparıcı qurum bu məqsədlə GZİT və digər analitik metodlardan istifadə edə bilər. GZİT təhlili daxili və xarici faktorların ümumi qiymətləndirilməsinə əsaslanır. Daxili amillər arasında idarəetmə, struktur, texniki resurslar və kadr potensialı var. Xarici faktorlar isə iqtisadi sabitlik, qlobal rəqabət, texnoloji dəyişikliklər və hüquqi mühitlə bağlıdır. Bu amillər sektorun strateji inkişaf istiqamətinə birbaşa təsir edir. Nəticədə daha effektiv və məqsədyönlü strateji plan hazırlanması mümkün olacaq.