Təklif edilən YST-lər hüquqi, texniki və iqtisadi baxımdan əsaslandırılmış olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”da əksini tapıb.
Tədbirin həyata keçirilməyə hazır olması qiymətləndirilməlidir. Sosial və iqtisadi faydalar əsas götürülməlidir. Təkliflər Prezident sənədlərində müəyyən olunmuş strateji məqsədlərlə uyğunlaşdırılmalıdır. Hər bir təklif milli xərc prioritetlərinə uyğun tərtib olunmalıdır. Tədbirin sektor hədəflərinə xidmət etməsi tələb olunur. Qeyri-maliyyə tədbirlər də sektor planına daxil edilə bilər. Onlar üçün maliyyə vəsaiti tələb olunmaya bilər, lakin strateji əhəmiyyət daşımalıdır.