Agentlik təqdim olunmuş sənədləri 15 gün ərzində qiymətləndirməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki hava gəmilərinə sertifikatların verilməsi, növ dizaynında dəyişiklik və ya onların təmiri, onların uçuşa yararlılıq və ətraf mühitin mühafizəsi üzrə tələblərin müəyyən olunması Qaydaları”nda əksini tapıb.
Əgər çatışmazlıq varsa, ərizəçiyə 10 gün müddətində bu barədə məlumat verilir. Düzəlişlər üçün əlavə 5 gün vaxt verilir. Bu müddət ərzində icra dayandırılır və düzəlişlər tamamlandıqdan sonra yenidən başlanır. Əgər ərizəçi çatışmazlıqları aradan qaldırmırsa, ərizəyə baxılmamış qərarı qəbul edilir. İcazə verildikdə, maksimum 3 ay müddətinə təqdim olunur. İcazə 3 nömrəli Əlavəyə uyğun tərtib edilir. Hər hansı dəyişiklik olduqda, yenidən rəsmiləşdirilmə aparılır. Dəyişiklik əsasları sənədlərlə sübut olunmalıdır. Əvvəlki icazə Agentliyə qaytarılmalıdır.