Yüklərin bilavasitə drezinlərdə daşınması qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Qoşqularla işçi və yüklərin daşınması zamanı hər bir qoşquda məsul şəxs təyin edilir. Məsul şəxs, daşınma zamanı təhlükəsizliyə nəzarət etməlidir. Qoşqularda tormozlama üçün ayrılmış işçi olmadıqda drezinin qoşqularla hərəkət etməsi qadağandır. Yükləmə və boşaltma əməliyyatları zamanı tormoz qolunun sərbəst hərəkəti təmin edilməlidir. Hər bir əməliyyat təhlükəsizlik qaydalarına uyğun olaraq yerinə yetirilməlidir.