ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb.

Heftekik.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

İnsident yerli vaxtla saat 21:15 radələrində (Bakı vaxtı ilə cümə axşamı 05:15) baş verib.

Telekanalın məlumatına görə, səfrilik əməkdaşları paytaxtdakı Yəhudi Muzeyində keçirilən tədbirdən çıxdıqları zaman atəşə tutulublar.

Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs salxanılıb.

Şübhəli şəxsin atəş açan zaman “Azad Fələstin” şüarı səsləndirdiyi bildirilib.

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında baş verən və nəticədə İsrail səfirliyinin iki əməkdaşının həlak olduğu atışmanı “antisemitizmə əsaslanan hücum” adlandırıb. Öldürülən diplomatların ailələrinə başsağlığı verən Donald Tramp qeyd edib ki, bu dəhşətli qətllər, açıq şəkildə antisemitizmə əsaslanan cinayətlər dərhal dayandırılmalıdır: “ABŞ-da nifrətə və radikalizmə yer yoxdur”.