Qatarların dəmir yolunun əyri sahələrində və ya süni tikililərə (tunellər, körpülər) yaxınlaşması zamanı maşinist və maşinist köməkçisi yan pəncərələrdən və ya video müşahidə kameralarından qatara baxmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Görünmə hüdudunda qatarın vəziyyəti haqqında məlumat bir-birinə verilərək təhlükəsizlik təmin edilir. Dəmir yolunun ikiyollu və çoxyollu sahələrində, maşinist köməkçisi qarşıdan gələn qatarı da yoxlayır. Keçən qatarda hər hansı bir nasazlıq aşkar edildikdə, dərhal məlumat vermək vacibdir. Bu məlumatlar radiorabitə vasitəsilə çatdırılır. Bu addımlar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədini güdür.