Bir dəfəlik və növbəti illərdə təkrarlanmayacaq tədbirlər əsaslandırıcı sənədlərlə büdcəyə daxil edilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”da əksini tapıb.

Bu tədbirlər üçün tələb olunan resurslar detallı izahla verilməlidir. Qeyri-davamlı tədbirlər yalnız icrası bir büdcə ili ilə məhdudlaşdıqda tətbiq olunur. Onların təsnifatı 7 nömrəli forma ilə aparılır. Maliyyə Nazirliyi bu tədbirləri qəbul etməzdən əvvəl sənədləri yoxlayır. Tədbirlərin nəticələri ölçülə bilən şəkildə təqdim olunmalıdır. Resurslar real və əsaslandırılmış olmalıdır. Dəqiqləşdirilməmiş sifarişlər geri qaytarıla bilər.