Drezini müşayiət edən işçilərin sayı, drezinlərin tipinə uyğun olaraq müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

“TD-5” markalı drezinlər üçün müşayiətçi sayının 4 nəfərdən az olmaması tələb olunur. “İD” və “SM-4” markalı drezinlər üçün isə müşayiətçilərin sayı ən az 2 nəfər olmalıdır. Müşayiət edənlərin rəhbəri yol bölməsinin briqadirindən aşağı olmamalıdır. Bu şəxslər yoxlama və təhlükəsizlik təmin etmək üçün məsuliyyət daşıyır. Drezinlərin hərəkət təhlükəsizliyi üçün öncədən sənədlər və saatlar eyniləşdirilməlidir.