Qazaxda yük maşını qatarla toqquşub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb. “Ford” markalı yük maşınının qatarla toqquşması nəticəsində 1978-ci il təvəllüdlü Tovuz rayon sakini Ə.Şirinov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.
TƏBİB-dən bildirilib ki, mayın 22-də saat 17:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Hər birinə ilkin zəruri tibbi xidmət göstərilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərin müalicəsi xəstəxananın Cərrahiyyə və Təcili tibbi yardım şöbələrində davam etdirilir. Xəsarət alanlardan 1 nəfərin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti orta ağır ,1 nəfərin isə vəziyyəti stabil qiymətləndirilir.