Sosial xidmət sisteminə daxil olan binalarda yerləşən mənzillər ahıllar, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.
Bu şəxslərə həm tibbi, həm də məişət xidmətləri göstərilir. Yaşayış yalnız ehtiyaclı və qanunvericiliklə müəyyən olunmuş şəxslər üçün mümkündür. Məqsəd bu kateqoriyaların müdafiəsidir.