Sektorların ortamüddətli strateji təhlili konkret göstəricilər əsasında həyata keçiriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”da əksini tapıb.
Bu göstəricilər sektorun mövcud inkişaf səviyyəsinin qiymətləndirilməsinə xidmət edir. Göstəricilər həm də mövcud resurslarla strateji hədəflərə çatma səviyyəsini ölçmək üçün istifadə olunur. Məsələn, ali təhsildə keyfiyyət və əlçatanlıq hədəfi qəbul olan tələbə sayı və onların müvəffəqiyyət göstəriciləri ilə qiymətləndiriləcək. Bu göstəricilər əsasında ortamüddətli dövr üzrə hər ilin sonuna gözlənilən nəticələr müəyyənləşdiriləcək. Strateji proqramlar və tədbirlər də məhz bu hədəflərə uyğun formalaşdırılmalıdır. Sektor təşkilatları, o cümlədən aparıcı qurum, bu hədəflər üzrə tədbirlər hazırlayıb öz büdcə planlarına daxil edəcəklər. Büdcə planları sektorun strateji hədəflərinə uyğun nəticələrin əldə olunmasına yönəlməlidir.