Texnik, tikinti istehsalatının mühəndis hazırlığına iştirak edir və layihə-smeta sənədlərinin qeydiyyatını və saxlanmasını təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti sahəsinə aid olan qulluqçu vəzifələri üzrə Vahid Tarif İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
O, sənədlərin komplektləşdirilməsini, razılaşdırma və təsdiqlərin mövcudluğunu yoxlayır. Sənədlərin subpodrat təşkilatlarına verilməsi və icra sənədlərinin saxlanmasına nəzarət edir. İcra jurnallarını hazırlayır və tikinti sahəsinə təhvil verir. Obyektlərin istismara verilməsi üçün sənədləri hazırlayır. Layihələndirmə və icra sənədləri ilə bağlı müvəqqəti qurğuların və qeyri-standartlaşdırılmış avadanlıqların hazırlanmasında iştirak edir. İş həcmlərinin cədvəlləri və materialların sifarişi ilə əlaqədar əməliyyatları idarə edir. Materialların sərfini normativlə müqayisə edərək izləyir. Briqadalar üçün cədvəllər və limitlər hazırlayır. Təlimatlar və təhlükəsizlik qaydalarına riayət edir.