2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta bildirib.
“Tiranada çox uğurlu Zirvə toplantısından sonra Avropa Siyasi Birliyi 2025-ci ilin oktyabrında Kopenhagendə yenidən toplanacaq. EPC Liderlər səviyyəsində ümumavropa siyasi dialoqu üçün vacib foruma çevrilib”, – Koşta qeyd edib.
O bildirib ki, 2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək.
Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2026-ci ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək.
