Ayrı-ayrı vətəndaş kateqoriyaları üçün mənzillər sosial müdafiə məqsədilə əvəzsiz əsaslarla təqdim oluna bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.

Bu proses qanunvericiliklə müəyyən olunmuş qayda və şərtlərlə həyata keçirilir. Əvəzsiz istifadə müqaviləsi hüquqi əsas yaradır. Sosial həssas qruplar bu imkandan faydalana bilir.