Moskvaya hücum var

23 May 2025, 08:53

Rusiyanın paytaxtın Moskvaya yenə PUA hücumu olub.

Heftelik.az-ın xəbərinə görə,  bu barədə Moskva meri Sergey Sobyanin “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya uçan 6 pilotsuz uçuş aparatını məhv edib.

“Rosaviasiya” PUA hücumu səbəbilə Moskvanın Domodedovo, Vnukovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.

Bildirilib ki, hava limanları reysləri qəbul etmir və göndərmir.