Dəmir yolunun neft və qaz kəmərləri ilə kəsişmə yerlərini bildirən “Neft” və “Qaz” siqnal nişanlarını keçərkən, maşinist və maşinist köməkçisi lokomotivin kabinəsinin pəncərəsini açmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Bu, təhlükəsizliyi təmin etmək və kəsişmə yerlərində yüksək sayıqlıqla hərəkət etmək məqsədi daşıyır. Hərəkət zamanı avtotormozların tətbiqi minimuma endirilməlidir. Spesifik qoxu və ya neft məhsullarının yayılması müşahidə edildikdə, dərhal stansiya növbətçisinə və qatar dispetçerinə məlumat verilməlidir. Qoxu və axma halları ciddi təhlükə yarada bilər. Bu səbəbdən sürət azaldılmalı və müvafiq tədbirlər görülməlidir.