Pilot şəhadətnaməsi almaq üçün şəxsiyyət və digər sənədlər təqdim olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları”nda əksini tapıb.

Sağlamlıq və psixoloji dispanser arayışları tələb olunur. Dövlət rüsumunun ödənilməsi də sənədlərə əlavə edilir. Elektron Hökumət Sistemi ilə əldə edilən sənədlər təqdim olunmaya bilər. Sənədlər tam olduqda 30 iş günündə imtahan təşkil olunur. Çatışmazlıq olarsa pilot məlumatlandırılır və düzəliş üçün 10 iş günü vaxt verilir. İmtahan qanuni və şəffaf prinsiplərlə həyata keçirilir. Testlər 100 sualdan ibarət olur və 75 faiz doğru cavab şərtdir. İmtahana 2 saat 30 dəqiqə vaxt ayrılır. Texniki səbəbdən imtahan yarımçıq qalarsa, təkrar keçirilir.