Əgər ərizədə və sənədlərdə çatışmazlıqlar aşkar edilərsə, Agentlik müraciətə baxılması prosesini dayandırır.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki hava gəmilərinə sertifikatların verilməsi, növ dizaynında dəyişiklik və ya onların təmiri, onların uçuşa yararlılıq və ətraf mühitin mühafizəsi üzrə tələblərin müəyyən olunması Qaydaları”nda əksini tapıb.
Çatışmazlıqlar barədə ərizəçiyə 3 gün ərzində məlumat verilir. Ərizəçi həmin çatışmazlıqları ən geci 5 gün ərzində aradan qaldırmalıdır. Müraciətə baxılma müddəti bu müddət ərzində dayandırılır. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciətə yenidən baxılmağa başlanır. Əgər ərizəçi tələb olunan düzəlişləri etməzsə, ərizə baxılmamış saxlanacaqdır. Bu halda, ərizəçiyə 3 gün ərzində qərar təqdim ediləcəkdir. Qərar həmçinin sifarişli poçt vasitəsilə də göndərilə bilər. Çatışmazlıqların aradan qaldırılması üçün verilən 5 gün ərzində müddət uzadıla bilər. Bu müddət ərzində ərizəçi Agentlikdən daha çox məlumat və ya sənəd tələb edə bilər.