Sektor üzrə risk təhlili ortamüddətli dövrdə yarana biləcək riskləri müəyyən etməyə yönəlir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”da əksini tapıb.

Bu risklər həm strateji hədəflərə, həm də maliyyə göstəricilərinə təsir edə bilər. Risklərin minimuma endirilməsi üçün preventiv tədbirlər müəyyən ediləcək. Bu tədbirlərin hazırlanmasında sektorda fəaliyyət göstərən təşkilatların təklifləri nəzərə alınacaq. Risklərə uyğunlaşmaq üçün adaptasiya tədbirləri də planlaşdırılacaq. Məsələn, iqlim dəyişmələri ilə bağlı uyğunlaşma üçün Milli Uyğunlaşma Planı nəzərdə tutula bilər. Fiskal risklər üçün Maliyyə Nazirliyinin tövsiyələri əsas götürüləcək. Nəticədə risklərə davamlı sektor siyasəti formalaşacaq.