Büdcə sifarişləri strateji məqsədlərə çatmaq üçün nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”da əksini tapıb.

Hər bir tədbir üçün nəticə göstəriciləri müəyyənləşdirilməlidir. Keçmiş illərdə əldə olunan nəticələr də hesaba alınmalıdır. Tədbirlərin təsirləri illər üzrə ölçülə biləcək şəkildə göstərilməlidir. İcra edilmiş tədbirlərin proqnoz nəticələri təqdim edilməlidir. Hesabatlarda maliyyə və nəticə arasında balans vacibdir. Nəticələr real və strateji baxımdan əhəmiyyətli olmalıdır. BMİS sistemi vasitəsilə məlumatların elektron təqdimatı nəzərdə tutulur.