
Heftelik.az-ın Hurriyet-ə istinadən verdiyi məlumata görə, aktyorlar və onların meneceri Ayşe Barım “Gezi Parkı” istintaqı çərçivəsində yalan ifadə verməkdə ittiham olunublar.
Məhkəmə Halit Ergençi 1 il 10 ay 15 gün, Rıza Kocaoğlunu isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, məhkəmə hökmün icrasını təxirə salıb.
