Maliyyə Nazirliyi büdcə planı və sifarişlərlə bağlı əlavə sənədlər və izahatlar tələb edə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”da əksini tapıb.

Təşkilatlar bu sənədləri rəsmi qaydada təqdim etməlidirlər. Təqdimat elektron imza və BMİS üzərindən həyata keçirilir. Tam avtomatlaşdırma təmin olunana qədər kağız daşıyıcılar da istifadə oluna bilər. Dövlət sirrinə aid məlumatlar yalnız fiziki şəkildə təqdim edilir. Bu zaman “məxfi” qrifi tətbiq olunmalıdır. Məxfi sənədlər müvafiq qanunvericiliyə uyğun aparılmalıdır. İcraçı şəxslərin elektron ünvanlarına da göndəriş mümkündür.