Kirayəçi və ya ailəsi yaşayış sahəsindən düzgün istifadə etməzsə və qonşulara narahatlıq yaradırsa, əvvəlcədən yazılı xəbərdarlıq edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.

Təmir və ya düzəlişlər üçün vaxt təyin olunur. Əgər pozuntular aradan qaldırılmazsa, çıxarılma digər mənzil təqdim edilmədən məhkəmə yolu ilə həyata keçirilə bilər. Bu tədbir ictimai asayişin qorunmasına yönəlib.