Sosial kirayə ilə verilmiş mənzilin yerləşdiyi bina söküləcəksə, sakinlər əvvəlcədən çıxarılır.

Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.

Onlara digər abadlaşdırılmış mənzillər təqdim olunur. Bu mənzillər sosial kirayə müqaviləsi ilə verilir. Qərarı kirayə verən tərəf qəbul edir.