Hər təşkilat Maliyyə Nazirliyinin təlimatında göstərilən limitlər çərçivəsində hərəkət etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”da əksini tapıb.

Onlar mövcud və davam edən tədbirlərə dair büdcə sifarişlərini tərtib edir. Eyni zamanda yeni siyasət təşəbbüsləri üçün proqnozlar hazırlayır. Hər tədbir üçün nəticə göstəriciləri formalaşdırılmalıdır. Maliyyə məlumatları əvvəlki, cari və gələcək illəri əhatə etməlidir. Bütövlükdə nəticələr və resurslar uyğunlaşdırılmalıdır. Bu, real və əsaslandırılmış büdcə planı üçün vacibdir. Planların əsasları strateji hədəflərlə eyniləşdirilməlidir.