Bank lisenziyasının alınması üçün müraciətə hansı sənədlərin əlavə olunduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.

İlkin müraciətə aşağıdakı sənədlər əlavə olunur:

– Bankın səhmlərini əldə edəcək hər bir mülkiyyətçisi üçün:

– – həmin mülkiyyətçi hüquqi şəxs olduqda – onun adını, ünvanını, kommersiya fəaliyyətinin növünü, azı son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatlarını və auditor rəyini göstərən məlumat və sənədlər, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsi barədə səlahiyyətli idarəetmə orqanının qərarının surəti;

– – həmin mülkiyyətçi xarici hüquqi şəxs olduqda – bu Qanunun 8.2.1.1-ci maddəsində sadalanan sənədlərdən başqa qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış, onların yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiq edən sənəd, nizamnamə (əsasnamə), ən azı son üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;

– – həmin mülkiyyətçi fiziki şəxs olduqda – onun soyadını, adını, atasının adını və vətəndaşlığım, şəxsiyyət vəsiqəsinin və ya şəxsiyyətini təsdiq edən digər sənədin məlumatlarmı, daimi yaşayış yerini, məşğuliyyət növünü göstərən məlumat və sənədlər;

– – həmin mülkiyyətçi əcnəbi olduqda (daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilər istisna olmaqla) – bu Qanunun 8.2.1.3-cü maddəsində sadalanan sənədlərdən başqa rezidenti olduğu ölkənin bir və ya bir neçə maliyyə təşkilatlarının müsbət tövsiyələri və/və ya bank hesablarından çıxarışlar;

– bankın təklif edilən nizamnamə kapitalının miqdarı, hər bir pay sahibinin payı və payın əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi, bankda mühüm iştirak pay sahiblərinin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə mühüm iştirak pay sahibləri hüquqi şəxs olduqda onların nizamnamə kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar və sənədlər;

– bankda mühüm iştirak payının təklif edilən sahibi hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinin siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat, rəhbər əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

– Əgər mühüm iştirak payının sahibi olan hüquqi şəxs şirkətlər qrupuna daxildirsə bu qrup haqqında məlumatlar, o cümlədən qrupa daxil olan digər təşkilatlarda mühüm iştirak payına malik şəxslər, bu şəxslərin inzibatçıları haqda məlumatlar;

– bankda mühüm iştirak payının təklif edilən sahibi fiziki şəxs olduqda onun vətəndaş qüsursuzluğuna dair məlumat, mühüm iştirak payının sahibi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

– Mərkəzi Bankın müəyyən etdiyi formada bankın səhmdarları arasındakı münasibətlər və bankın benefisiar mülkiyyətçiləri, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

– Bankın yaradılması, onun nizamnaməsinin qəbul edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında protokol da daxil olmaqla, bankın təsis sənədlərinin surəti və bankın nizamnaməsi;

– Bankın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilati strukturunu, o cümlədən daxili nəzarət sistemini və ilk üç il üçün maliyyə proqnozlarmı (balans, mənfəət və zərər haqqında hesabatı) müəyyənləşdirən biznes-planı;

– bankın təklif edilən inzibatçılarının siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, onların vətəndaş qüsursuzluğuna dair məlumat, inzibatçı əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

–  Xarici bankın və ya xarici bank holdinq şirkətinin yerli törəmə bankı üçün bu Qanunun 13.2-ci maddəsində göstərilmiş sənədlər;

 

–  İlkin müraciətə baxılması üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.